Delivery Azerbaijan MMC


1. Delivery Azerbaijan şəxsi istifadə və kuryer yüklərinin Azərbaycan daxili daşınmasını həyata keçirir.

2. Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama “Daşıyıcı”nın anbarında təhvil alınana qədər “Daşıyıcı” bağlama üzərində heç bir məsuliyyət daşımır.

3. Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına, məhsulun ölçüsünün, rənginin, çeşidinin və s. səhv gəlməsinə görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda sifarişçi problemin aradan qaldırması üçün iradını ancaq satıcı mağazaya bildirə bilər.

4. Sifariş edilmiş bağlama “Daşıyıcı”nın ofisinə daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən sifarişçiyə bu barədə SMS, mobil tətbiq və ya e-mail vasitəsilə məlumat verilir. Sadalanan bu vasitələrdən (zəng, SMS, poçt, e-mail) hər hansı biri ilə sifarişçiyə məlumat verildikdə, sifarişçi “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab edilir.

5.  Sifarişçi bağlamanı “Daşıyıcı-ya sifariş verdiyi ünvanda qapida təhvil verir və ya Del.az –ın Bakı və digər qeyd olunmuş region üzrə ofis və ya təyin olunmuş nöqtələrində təhvil verə bilər.Daşıyıcı öz növbəsində sifarişin çatdırılma növündən asılı olaraq (Express və ya Standart) təyin olunmuş ünvana çatdırılır.Sifarişçi bağlanı təhvil verən zaman qaydalarala tanış olur və müvafiq sənədlərə imza atır.İstəkdən asılı oalraq ödənişi kart vasitəsi ilə və ya nağd formada kuryerə təqdim edir.

6. Sifarişçi tərəfindən göndərilən bağlamanın “Daşıyıcı”nın anbarına daxil olması barədə sifarişçiyə məlumat verildiyi andan etibarən 15 (on beş) təqvim günü ərzində sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.

7. Sifarişçi tərəfindən göndərilən mal sınan əşyadırsa, həmin bağlama təhvil alınarkən sifarişçi tərəfindən açılmalı və əşyanın salamatlılığı yoxlanılmalıdır. Sifarişçi bağlamanın açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə görə “Daşıyıcı” məsuliyyətdən azad ediləcək. “Daşıyıcı”nın ofisində və ya “Daşıyıcı”nın hər hansı rəsmi təmsilçisinin yanında açılıb yoxlanmamış məhsulda sonradan zədə və ya qüsur olduğu bildirilərsə, buna görə “Daşıyıcı” heç bir halda məsuliyyət daşımır.

8.  Ölçüsü (en, uzun, hündürlük) 1 (bir) metrdən artıq olan bağlamaların daşınma haqqı HƏCMİ ÇƏKİ tarifləri ilə hesablanır.

9. Bağlamalar təhvil alınarkən çatdırılma haqqı ödənişi tam formada bütün bağlamalar üçün edilməlidir.

10.  Sifarişçi bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (yolların bağlanması, post yoxlamaları,hava şəraitinin kəskin soyuq olması,yolların buzla tam bağlanması və s.) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və bu hal sifarişdən imtina üçün əsas sayıla bilməz.

11.  Sifarişçi ilə aparılan bütün yazışmaların, habelə sifarişçiyə aid “Daşıyıcı”ya bəlli olan məlumatların, “Daşıyıcı”nın Zəng mərkəzinə (Call cente olunan zənglərin arxivləşdirilməsi aparılır və konfidensiallıq “Del.az” MMC tərəfindən qorunur.

12. “Daşıyıcı” sifarışçidən bağlamaları təhvil alarkən üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olan bağlamaların daxilindəki məhsulların zədələnib-zədələnmədiyini yoxlayır. Üzərində qırılabilən əşya olduğuna dair etiket (label) olmayan bağlamaların tərkibindəki məhsulların qırılması, əzilməsi, zədələnməsi kimi hallarda “Daşıyıcı” heç bir məsuliyyət daşımır.

13.  Sifarişçi bağlamasını Kuryerə təhvil verən zaman “Sifarişçinin ünvanında və ya Daşıyıcının”nın ofisində kassaya şəxsiyyətini təsdiq edən sənəd təqdim edərək, daşınma haqqını ödəyir və müvafiq çek alaraq, bağlamasını anbara təhvil verir.

14. “Daşıyıcı”nın anbarlarında itmiş bağlamaların araşdırma müddəti 7 gün davam edə bilər

15. Sifarişlər çəkisi 5 kq a qədər hesablanıb,əlavə hər kiloqram üçün 2AZN nəzərdə tutulmuşdur.

16. Sifarişlər gün ərzində 09:00 dan 21:00 a kimi qəbul olunur,növbəti gün 07:00-dan başlayaraq ünvanlara çat

dırılır.

17. Express çatdırılmalar 16:00 – dək qəbul edilir və həmən gün ərzində təyinat nöqdəsinə çatdırılır.

18. Hesablama qaydası çatdırılacaq regionun mərkəzi nöqtəsi nəzərdə tutulur.

19. Qiymətlər sifarişin götürüləcəyi ünvandan çatdırılacaq regionun  mərkəzinə qədər olan kilometrajla hesablanır. 

20. Qanunla nəzərdə tutulmayan əşyaların (narkotik,silah,kəsici və deşici alətlərin göndərilməsi qadağandır,əks təqdirdə qanunla nəzərdə tutulmuş AR qanunvericiliyinə əsasən tədbir görüləcəkdir

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?