Creative Education and Training Academy


Creative Education and Training Academy sizi peşəkar dil kurslarına və təlimlərə dəvət edir!

Xarici dil öyrənmək, yaxud şəxsi inkişaf, karyera ilə bağlı planlarınızı sabaha saxlamayın, elə bu gün bizimlə əlaqə saxlayın və həyatınızı dəyişin!

NİYƏ CETA?

Şəhərimizdə onlarla təhsil mərkəzinin mövcud olduğu halda, niyə məhz CETA-nı seçməli?
İnnovativ və kreativ tədris metodları – Bizim müəllimlərin bələdçiliyi ilə siz ən innovativ və kreativ metodlarla dərsin necə bitdiyini hiss etməyəcəksiniz! Bizim tədris metodları Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən dəstəklənir.
Peşəkarlıq – Akademiya öz ixtisası üzrə dərin bilik və təcrübəyə malik ən peşəkar müəllimləri bir araya gətirir!
Münasib qiymətlər - Akademiya bütün xidmətlərini ən sərfəli şərtlərlə təqdim edir. Bununla belə, maddi imkanınız yetərsizdirsə, biz Sizə kömək edərik! Çünki biz Sizi düşünürük!
Müasir təchizat – Akademiya Sizi düşünərək bütün müasir avadanlıqlarla təchiz olunmuşdur!
Həyat boyu əməkdaşlıq – Siz Akademiyaya üzv olduqdan sonra, hər zaman bizim xidmətlərimizdən daha səmərəli şərtlərlə yararlana biləcəksiniz.

CETA sizin təhsil evinizdir! Heç şübhəsiz ki, Siz CETA-da özünüzü evdəki kimi rahat hiss edəcəksiniz. CETA yalnız tədris müddətində deyil, tədris müddətindən kənarda da sizin qayğınıza qalacaq, sizinlə birgə dərslərinizə hazırlaşacaqdır.

CETA-nın Təhsil Departamenti Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının dəstəklədiyi və beynəlxalq standartlara uyğun tədris metodları ilə sizin ən qısa zamanda və ən effektiv şəkildə xarici dilləri öyrənməyinizə kömək edəcəkdir.

CETA-nın Ingilis Dili Mərkəzi!

CETA İngilis Dili Mərkəzi Sizə Ümumi İngilis dili və İşgüzar ingilis dili (proqramları təklif edir! Hər iki proqram qısa zamanda məqsədinizə çatmağınıza kömək edəcək!
CETA İngilis Dili Mərkəzinin təcrübəli müəllimləri Sizə, həmçinin, İELTS və TOEFL imtahanlarına hazırlaşmaq imkanları yaradır!


CETA-da TƏLİMLƏR!

CETA-nın Təlim Mərkəzi sizə həyatınızı dəyişəcək təlimlər təklif edir. Məqsədimiz ixtisasından asılı olmayaraq öz karyerasını uğurla qurmaq istəyən hər bir kəsə dəstək olmaqdır. Bunun üçün peşəkar təlimçi komandamız daim yeni modullar üzərində işləyir. Bu təlimlərdə siz layihələrin yazılması və idarə edilməsi, vaxtın idarə edilməsi, natiqlik sənəti ilə bağlı praktiki bilik və vərdişlərə yiyələnə biləcəksiniz! Bundan başqa təlim mərkəzimizin əməkdaşları Sizə aşağıdakı xidmətləri təklif edir :

* Təlim və Seminarlar
* Tədbir təşkilatçılığı
* Fərdi məsləhətçi proqramı
* Master Klaslar
* Təlimçilər üçün Təlim
* Düşərgələr

HƏYATINIZI DƏYİŞMƏK SİZİN ƏLİNİZDƏDİR!
Qərarınızı verin və bizimlə əlaqə saxlayın, qalanı bizim işimizdir!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?