CORPOLEAD CRM


Müasir dunyada bizneslərin səmərəli və effektiv işləməsi üçün, həyata keçirilən əməliyyatlar və bu əməliyyatlar üzrə məlumatlar doğru şəkildə idarəedilməlidir. Hazırladığımız CRM platforması, özündə cəmləşdirdiyi texnoloji yeniliklər və imkanlar hesabına, bizneslər üçün əməliyyat və məlumatların idarəedilməsi prosesini asanlaşdırmaq və daimi inkişafına təkan vermək məqsədini daşıyır.

“CorpoLead CRM” adını verdiyimiz platforma parametrik struktura malik, istənilən biznes sahəsi üzrə asanlıqla adaptasiya edilə bilən CRM platformasıdır.  Platforma yerli komanda tərəfindən hazırlanmışdır, bu isə öz növbəsində bizi hər zaman əlçatan etməklə bərabər yerli biznes ehtiyaclarından xəbərdar olmağımızı təmin edir.

“CorpoLead CRM” qoşulma və istifadə baxımından sadə olmasına baxmayaraq, 14 bölmədən ibarət modullar toplusuna sahibdir və eyni zamanda CRM və ERP kimi istifadə edilə bilər.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?