Cənnət Bağı şirkətlər qrupu-Altay Maralı sağlamlıq mərkəzi


Azərbaycanda turizm sektoruna ilk kapital qoyan şirkətlərdən biri “Cənnət Bağı” Şirkətlər Qrupudur. Şirkətlər Qrupu yarandığı gündən turizm sahəsində fəaliyyət göstərməyə başlayıb. “Cənnət Bağı” Şirkətlər Qrupu ilk olaraq 1999-cu ildə Xızı rayonunun Altıağac vadisində mehmanxana kompleksi, əsas, VİP korpus və kotteclərdən ibarət otel inşa edib. Sonra əsrarəngiz Qubanın Amsar kəndində ikinci böyük mehmanxana kompleksi, üç korpus və kotteclərdən ibarət otelin qapılarını turistlərin üzünə açıb. Turizm sektorunda atdığı peşəkar addımlar daha da yeni uğurlara yol açıb. Bir-birinin ardınca 2013-cü ildə Qafqazda analoqu olmayan “Altai Maral” Sağlamlıq Mərkəzinin və 2015-ci ildə Mingəçevirdə “Agsaray Deluxe Hotel”in inşası reallaşıb. “Cənnət Bağı” Şirkətlər Qrupu çoxillik təcrübələri, maliyyə və turizm sahələrində uğurlu fəaliyyəti nəticəsində 2017-ci ildə “CB Travel”i yaradıb. “CB Travel” turizm bazarında aparıcı korporativ turizm şirkəti qismində fəaliyyət göstərir. “CB Travel”in əsas üstünlüyü ölkədə və onun xaricində turist axınlarını, istirahət və biznes səyahətlərini, müxtəlif maraqlı, macəra, qeyri-adi tur-paketlərlə dolu zəngin, professional proqramlar təşkil etməkdir. “CB Travel” təkcə “Cənnət Bağı” Şirkətlər Qrupuna aid olan otellərlə yox, həm də ayrı-ayrı yerli və xarici otellər, tur agentlikləri ilə də etibarlı iş birliyi qurur. Qeyd etməliyik ki, gənc, təcrübəli, peşəkar komandamız innovativ texnologiyalar və yüksək iş standartlarının tətbiqində böyük rol oynayır. “CB Travel” səyahət zamanı müştərilərinin rahatlığına böyük önəm verir. O cümlədən, bütün xidmətlər üçün təyin olunan qiymətlər başqa travellərə nisbətən burada çox ucuzdur.

İnsanların səyahət etmək arzusu həmişə var və yenə olacaq. Yeni arzular, yeni xoşbəxtliklər deməkdir. “CB Travel” müştərilərinə dünyanın bütün mədəniyyətləri ilə tanışlıq, canlı ünsiyyət, xoş təəssüratlar, unudulmaz emosiyalar vəd edir. İstənilən arzunu reallaşdırmağa hazır olan “CB Travel” bir şirkət olaraq xidmət etdiyi sahələrdəki inkişaflara görə özünü davamlı olaraq yeniləyir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?