Caspian Engineering Company


  • CES şirkəti bütün biznes əməliyyatlarında sosial cəhətdən məsul təşkilat olmaq ideyasına sadiqdir.
  • Bütövlük, şəffaflıq və hesabatlılıq CES şirkətinin Korporativ Məsuliyyət standartlarının mərkəzində yer alır.
  • CES şirkəti müvəffəqiyyətin nüfuzun saxlanmasından yüksək dərəcədə asılı olduğunu anlayır, ona görə də bütün məsələlərdə şirkət miqyasında uyğunluq yüksək nəzarət altındadır və mütəmadi olaraq genişləndirilir.

 

UYĞUNLUQ VƏ BÜTÖVLÜK

  • CES şirkəti peşəkar davranışın ən yüksək standartlarına tabedir. Bizim Davranış Məcəlləmiz paylaşılan dəyərlərimizin təmsilçisidir. Mədəni məsələlər və peşəkar etika ilə bağlı bütün suallar və ya problemlər bütün təşkilat miqyasında açıq şəkildə həll edilə bilər.
  • Davranış Məcəlləsinin güncəl saxlanılması və istənilən etika problemlərinin həlli üçün İllik Bütövlük proqramları icra olunur.
  • CES şirkəti Davranış Məcəlləsinin və peşəkar normaların pozuntuları məsələsində sıfır tolerantlıq prinsipi ilə fəaliyyət göstərir. Bütün əməkdaşların Davranış Məcəlləsinin pozuntusunun nə demək olduğunu anladıqlarını təsdiqləyən müqaviləni imzalamaları tələb olunur.

 

TARİXÇƏ

  • Şirkətimizin 2014-cü ildə təsis edilməsinə baxmayaraq, təcrübəmiz 1990-cı illərin sonlarından başlayır. Direktorumuz Cəmaləddin Əliyev bu sahədə SGS, McDermont kimi bir sıra böyük şirkətlərdə rəhbər vəzifələrdə çalışmış və zəngin təcrübə əldə etmişdir. Onun ünsiyyət bacarıqları və çalışqan əməkdaşları tanıması təcrübəsi Caspian Engineering Solutions şirkəti üçün təməl rolunu oynamışdır. Bu gün bizim zəngin təcrübəyə malik mühəndis və Əməliyyatlar heyətimiz var. Biz ölkədə dayanıqlılığa və yaşıl yer kürəsi proqramlarına xüsusi diqqət yetirən ekoloji təmiz şirkətlərdən biriyik. Bu 4 il ərzində Caspian Engineering Solutions şirkəti BP, Saipem, Technip, Samsung Engineering, Technimont, Azfen MM, Ustay kimi beynəlxalq şirkətlər, həmçinin ARDNŞ ilə daimi iş münasibətləri zəminində Şah Dəniz 2, Cənubi Qafqaz Boru Kəməri (SCPX) kimi böyük layihələrdə özünü isbatlamışdır. Biz ən yüksək iş standartlarını təmin edirik və Keyfiyyətə Zəmanəti dəstəkləyirik.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?