CÀSÀ Culinary Arts School of Azerbaijan


Azərbaycan Kulinariya Sənəti Məktəbi (“CÀSÀ”) – kulinariya təhsili üzrə beynəlxalq standartlar və peşəkar diplom təklif edən yüksək keyfiyyətli proqramlar tədris edən akkreditasiya olunmuş üçüncü səviyyə təhsil müəssisəsidir.  
 
2020-ci ildə Azərbaycanın Bakı şəhərində təsis edilmişdir. “CÀSÀ” Azərbaycanda ilk peşəkar Kulinariya Məktəbi olub, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində - məşhur Bakı bulvarına və Xəzər dənizinə baxan, Azərbaycanın memarlıq incilərindən biri olan “Dəniz Mall”da yerləşir. Bu bina kulinariya məktəbinin mahiyyətini - mükəmməlliyi və inovasiya naminə keyfiyyəti təcəssüm etdirir.
 
CÀSÀ kulinariya sənəti, şirniyyat və xəmir məmulatları sənəti sahələrində bir çox sertifikat proqramları və diplomları, rəhbər şəxslərin təlimi üçün fərdi ehtiyaclara uyğunlaşdırılmış proqramlar, rəqabətcil stimula malik olan və peşəkara çevrilmək istəyən bütün səviyyələrdən olan peşəkarlar və həvəskarlar üçün kurslar təklif edir. Biz, həmçinin bütün yaş səviyyələri üçün çoxsaylı tədbirlər, fəaliyyətlər, master klaslar və qrup formalaşdırma fəaliyyətləri təklif edirik.  
 
Biz nəzəriyyəni praktika ilə, sektorla bağlı təlimi isə iş təcrübəsi və liderlik imkanları ilə bir araya gətirməklə innovativ tədris yanaşmaları tətbiq edirik ki, bu da tələbələri peşəkar müvəffəqiyyət əldə etməyə və həyatları boyunca fərdi və intellektual baxımdan inkişafa ilhamlandırır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?