Boldex LLC


BOLDEX MMC neft-qaz sektorunda çalışan yerli və xarici şirkətlərin neft-mədən avadanlıqları təchizatçısıdır. 2005-ci ildə fəaliyyətə başlayan BOLDEX bu müddət ərzində geologiya, geofizika, qazma, hasilat, saxlanc, emal, energitika kimi sahələrdə bir sıra əhəmiyyətli neft-qaz layihələrinin uğurla həyata keçirilməsində iştirak etmişdir. BOLDEX Azərbaycanın enerji sənayesində çalışan bir çox şirkətləri neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır.

Hazırda BOLDEX neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan və beynəlxalq standartlara cavab verən avadanlıqların etibarlı təchizatçısıdır.

BOLDEX həmin avadanlıqları ABŞ, Avropa, MDB və digər ölkələrin tanınmış şirkətlərdən müvafiq zəmanətlə əldə edir, ölkəyə idxal edir və quraşdırır.  BOLDEX-in peşəkar heyəti eyni zamanda avadanlıqların istismarı, saxlanması və təmiri üzrə peşəkar təlimlər keçir.

BOLDEX şirkətinin missiyası – sürətlə inkişaf edən və beynəlxalq aləmdə aparıcı enerji ölkəsi kimi tanınan Azərbaycanda neft-qaz sahəsində çalışan şirkətləri təhlükəsiz, etibarlı və sərfəli avadanlıqlarla təchiz etməkdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?