Bizim Kündə MMC


“Bizim Kündə” 02.07.2020-ci il tarixindən başlayaraq kulinariya sahəsində yerli brend olmaqla sizlərə 200-ə yaxın ləzzət təqdim edir. Kündəmiz ilk dəfə yayıldığı andan etibarən məhsullarımızın dadını unudulmaz  və yaddaqalan etmək əsas prinsiplərimizdən birinə çevrildi.

Biz böyük təcrübəyə və biliyə sahib şirniyyatçılarımız, aşpazlarımız ilə müştərilərimiz üçün 12 fərqli dadda məhsullar hazırlayırıq: Tortlar, Desertlər, Bulkalar və qoğallar, Peçenyelər, Paxlavalar (yerli və türk paxlavaları), Qutablar və blinçiklər, Çörəklər, Ana yemək, Qarnir, Pizza, Kofe, Limonad

Kulinariyamızda  hazırlanan ağız dadınıza uyğun məhsullarla yanaşı, həmçinin hazır spirtsiz içkilər və “Meysəri” brendinə məxsus şərablar da var. Bundan əlavə siz zövqünüzə uyğun fərqli şirniyyat və ev yeməklərini həm onlayn, həm də mağazamıza yaxınlaşaraq əldə edə bilərsiniz. Onlayn sifarişlər üçün çatdırılma xidmətimiz də mövcuddur.

Bizi seçdiyiniz üçün təşəkkür edirik! Nuş olsun!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?