Biota, 2011-ci ildə Bakıda təsis olunmuş gənc, dinamik inkişaf edən bir distribyutor şirkətidir.

Bir çox irimiqyaslı və uğurlu layihələrdə təcrübəsi olan parlaq və istedadlı menecerləri bir şirkətdə toplayaraq Biota şirkəti qısa müddət ərzində ən yüksək keyfiyyətli əməliyyat standartlarını və Azərbaycandakı bütün əsas müştəri və tərəfdaşlarla sıx əməkdaşlıq nümayiş etdirməyə nail olmuşdur.

Şirkəti rəqiblərindən fərqləndirən strateji üstünlüyü, onun yalnız bir logistika xidmətləri təminatçısı kimi deyil, həm də geniş beynəlxalq və yerli təcrübəsindən bəhrələnərək tam hüquqlu və etibarlı bir ticarət tərəfdaşı kimi fəaliyyət göstərməsidir.

Biota məhsulların daşınması və gömrük rəsmiləşdirilməsindən tutmuş birbaşa pərakəndə satış məntəqələrində malların paylanması, izlənməsi və tanıdılmasına(təbliğinə) qədər geniş spektrli xidmətlər təqdim edir.

Şirkət müstəqil şəkildə bazara giriş strategiyaları tərtib etmək, həyata keçirmək və tənzimləmək, həmçinin marketinq və ticarət marketinq kampaniyaları hazırlamaq və həyata keçirmək iqtidarındadır.

Biota şirkətinin və onun qlobal miqyaslı tərəfdaşlarının gördüyü işlərin yüksək keyfiyyət standartları proseslərin davamlı təkmilləşdirilməsinə və şirkətin uzunmüddətli inkişafına xidmət edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?