BHM Hüquq Şirkəti


 

Bizim missiyamız müştərilərimizin tam şəkildə faydalana biləcəyi davamlı, yüksək keyfiyyətli peşakar hüquqi xidmətlər təklif edən, daim bir addım irəlidə olan, beynəlxalq aləmdə tanınmış və seçilən hüquq şirkətinin fəaliyyətinin təmin edilməsindən ibarətdir.

Bizim iş prinsiplərimiz müştərilərimizə hüquqi məsləhətləri vicdanlı, keyfiyyətli, məsuliyyətli, kreativ, və nəzakətli bir şəkildə təqdim edərək onlar qarşısında əvvəldən sonadək cavabdehlik daşımaqdan ibarətdir.

İş prinsiplərimiz aşağıda sadalanan dəyərlərimizdən formalaşır:

Müştərilərimizə sədaqət – müştərilərimizin maraqlarına öz maraqlarımız kimi yanaşaraq onların rifahının qayğısına qalmaq;
Vicdanlılıq – dürüst və vicdanlı olmaq;
Peşəkarlıq – şirkətimizin maraqlarını şəxsi maraqlarımızdan üstün tutmaq;
Üstünlük – inkişafımız üçün bütün imkanlarımızdan istifadə edərək hər zaman bir addım irəlidə olmağa çalışmaq;
Müştərilərə qayğı –  hər kəsə hörmət və nəzakətlə davranmaq;
Məsuliyyət – müştərilərimizə və həmkarlarımıza qarşı məsuliyyətli olmaq;
Yenilikçi – davamlı olaraq inkişafımız üçün çalışmaq;
Komanda ruhu – işimizdə dostluğa və nəzakət prinsiplərinə sadiq qalaraq gözəl komanda ruhu yaratmaq;
Davamlılıq – cəmiyyətimiz üçün davamlı işgüzar təcrübənin qurulmasında fəal iştirak etmək.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?