Beynəlxalq Qızıl Xaç Komitəsi / ICRC


Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı — dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılmışdır.

Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir:

  • Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC)— xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsveçrənin Cenevrə şəhərində Henry Dunant and Gustave Moynier tərəfindən yaradılmışdır. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə (1917, 1944, 1963) Nobel Sülh Mükafatına layiq görülüb.
  • Beynəlxalq Qırmızı Xaç Və Qırmızı Aypara Cəmiyyətlər Federasiyası — 1919-cu ildə yaradılıb və hazırda hərəkat daxilində 190 Milli Qırmızı Xaç Və Qırmızı Aypara Cəmiyyəti arasında fəaliyyətləri koordinasiya edir. Bu federasiya beynəlxalq səviyyədə Milli cəmiyyətlərə dəstək verir. Beynəlxalq Federasiyalar Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. Federasiy 1963-cü ildə (o zaman Qırmızı Xaç Cəmiyyətlər Liqası adlanırdı) ICRC birlikdə Nobel Sülh Mükafatına layiq görülür.
  • Milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri — dünyanın 190 ölkəsində mövcuddur. Hər bir Milli Cəmiyyət beynəlxalq humanitar hüququn prinsiplərinə və Beynəlxalq Hərəkatının nizamnaməsinə əsasən fəaliyyət göstərirlər. Milli Cəmiyyətlər spesifik stiuasiya və imkanlardan asılı olaraq beynəlxalq humanitar hüquqa və Beynəlxalq Hərəkatının mandatına aid olmayan əlavə işlərə cəlb oluna bilərlər. Milli Cəmiyyətlər çox ölkələrdə sıx olaraq öz ölkələrinin milli səhiyyə xidməti sisteminə bağlı olurlar və təcili tibbi yardım göstərirlər. Azərbaycan Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti regionda ilk olaraq 1920-ci ildə yaradılmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?