BESAN MMC


Biznes fəaliyyətində müştəri istəklərini əsas meyar kimi qəbul edən Besan MMC üçün, doğruluq, etibarlılıq və qərarlılıq əlahiddə prinsiplərdir. Son illərdə bazardakı böyümə və səhiyyə sektoruna göstərilən xüsusi marag və qayğı Besan MMC nin Azərbaycan səhiyyə sektorunda əhəmiyyətli rol oynamasına böyük fürsətlər tanımışdır.


Günümüzdə geniş bir distrubutorluq şəbəkəsi olan Besan MMC  müştərilərinə kardiologiya, ürək və damar cərrahiyyəsi, diabet, qulaq-burun-boğaz, gastroentologiya, endoskopik cərrahiyyə, nevrologiya və urologiya sahələrində mindən çox yeni texnologiyaya sahib medikal məhsullar təmin və tədarük etməkdədir. Şirkətimiz tibbi cihaz və ləvazimatın tədarük və satışyla birlikdə təcrübəli texniki servis personalları ilə xəstəxana, poliklinka və labaratoriyalara tibbi cihazların təmiri və ehtiyat hissələrin təmini  sahələrində də texniki xidmət göstərməkdədir. Besan MMC xəstəxana və digər səhiyyə obyektlərindəki əməliyyatxana, reanimasiya, palata və sairə qapalı məkanların təmiz havalandırılması və hava keyfiyyət yoxlamasını həyata keçirən ilk profesional firmadır. Besan MMC eyni zamanda Azərbaycan Səhiyyə Nazirliyinin dərman peraparatlarının idxalı və satışı lisenziyasına sahib bir neçə şirkətdən biridir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?