2007-ci ilin aprel ayından etibarən, “BB TV Kommyunikeyşn” şirkəti Cənubi Qafqazda ilk dəfə olaraq məhz Azərbaycanda radio və televiziya kanallarının rəqəmli efir kabel verilişi xidmətlərini təqdim etməyə başladı. Bu gün “BB TV Kommyunikeyşn” radio və televiziya kanallarının rəqəmli efir kabel verilişi xidmətlərini Bakıda, Sumqayıtda və Apşeron yarımadasında təqdim edir.

“BB TV Kommyunikeyşn” öz strateqiyasına əsasən yaxın gələcəkdə keyfiyyətli radio və televiziya kanallarının rəqəmli efir kabel verilişi xidmətlərinin rayonlarda da yayımını təqdim edəcək.