Bakı Gəmiqayırma Zavodu (ing. Baku Ship Yard) — tikintisinə 2010-cu ilin mart ayından başlanılan zavod. Bu müəssisə Xəzər dənizi hövzəsində ən böyük gəmiqayırma zavodudur. Onun istehsal gücü ildə 25 min ton metal konstruksiya təşkil edir.