Baku Life Travel


2017-ci ildə əsası qoyulan "Baku Life Travel" milli turizmin inkişafına öz töhfəsini vermiş, bu sahədə tanınmış şirkətlərdən birinə çevrilmişdir.
Biznes, istirahət, müalicə və s. məqsədlərlə həyata keçirəcəyiniz səfərlərin yüksək səviyyədə və büdcənizə uyğun şəkildə təşkil olunması əsas hədəflərimizdəndir. Fəaliyyət göstərdiyi dövr ərzində bilavasitə və eləcə də diler şəbəkəsi vasitəsi ilə hər gün yüzlərlə müştərinin etimadını doğrultmağı yalnız biznes uğuru kimi deyil, eyni zamanda mənəvi bir dəyər olaraq qəbul edirik.
IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) kimi beynəlxalq, TKP (Nəqliyyat Klirinq Palatası) kimi MDB üzrə regional təşkilatların akreditasiyası, həmçinin, aviaşirkətlər, turoperatorlar, hotel şəbəkələri və digər xidmət təchizatçıları ilə müqavilələr müştərilərimizə təqdim etdiyimiz xidmətlərin operativliyində xüsusi əhəmiyyət kəsb edir.
Peşəkar kollektivimizlə, habelə etibarlı tərəfdaşlarımızın dəstəyi ilə səyahətinizin arzuolunan səviyyədə təşkilinə nail olmaq üçün çalışırıq. Fəaliyyətinin qısa müddət olmasına baxmayaraq, bizim şirkət gənc və yüksək ixtisaslı kadrların köməyi ilə müştərilərinə dəqiq və peşəkar xidmət göstərir. Səyahətçilər yüksək keyfiyyətli 24/7 servisi ilə təmin olunurlar. Baku Life Travel hər bir müştəriyə həm işgüzar, həm də istirahət məqsədli səyahətlərinin uğurla təşkil olunmasında yüksək peşəkarlığla təminat verir.
Bizim şirkət müştərilərin istəktəklərinə və tələblərinə xüsusi diqqət yetirir və məqsədimiz müştərilərimizə həm peşəkar, həm də istirahət məqsədli səyahətlərin təşkil olunmasında yüksək keyfiyyətli xidmət göstərməkdən ibarətdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?