Bakinox


Bioqrafiya

1997-ci ildə yaradılmış Bakinox şirkəti yüksək keyfiyyətli kommersiya tipli mətbəx avadanlığının istehsalı, quraşdırılması, təmiri və servisi üzrə uzun müddətdir fəaliyyət göstərir.

Restoranları, bufetləri, yeməkxanaları, çörək bişirmə , şirniyyat və digər tipli sexlər, barları, bistroları və daha çox geniş miqyaslı layihələr üçün avadanlıqların istehsalı və ümumi prosesin idarə olunması və tam təchiz olunması üçün, dayanıqlı mətbəx ləvazimatları ilə təmin etmək üzrə, 25 ildən artıq təcrübəmiz mövcuddur.

Əlverişli, etibarlı və peşəkar performansı dəstəkləmək üçün hazırlanmış paslanmaz metaldan olan mətbəx avadanlıqlarımız, əsasən kiçik biznes, otel, restoran və digər kommersiya sahibkarları müştərilərimiz olaraq, üstünlük təşkil edir. Biz istehsal etdiyimiz məhsullar və yüksək səviyyəli müştəri xidmətimiz ilə fəxr edirik.

 

Münasibətlər

İşgüzar münasibətlərin əlamətlərinə etibar, sədaqət və ünsiyyət daxildir. Uzunmüddətli işgüzar əlaqələrin müvəffəqiyyəti etimaddan asılıdır, çünki bu, işçilərin məmnunluğunu, əməkdaşlığı, motivasiyanı və innovasiyanı gücləndirə bilər. Eynilə, loyallıq şirkətlərə yüksək keyfiyyətli xidmətlər göstərməklə bu sədaqəti geri dönüş olaraq işçilərlə güclü və davamlı əlaqələr qurmağa kömək edir.

 

Təcrübə

Artıq 25 ildən artıqdır ki, peşəkar mətbəx avadanlıqları istehsalı, servisi və təchizatı ilə bağlı müştərilərimizə xidmət göstəririk. Təcrübələrimizin əsas meyarı loyallıq və yüksək keyfiyyətdir. Bu sahədə çətin həll olunan problemlərin həlli və vaxtında aşkara çıxarılması isə, peşəmizin gizli üstünlüklərindən biridir.
 

 

Məsuliyyət

Biz, istehsal etdiyimiz avadanlıqların üzərinə "Bakinox" loqonu vurmamızın səbəbi digər şirkətlərdən fərqimizi göstərmək deyil, istehsal etdiyimiz avadanlıqların keyfiyyətində, məsuliyyətini öz üzərimizə götürdüyümüz üçündür.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?