Bakcell


Bakcell Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir.

8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini geniş çeşidli və yüksək keyfiyyətli müasir telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.

Ən son texnologiyalar və Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələrin yatırılmasından ibarət olan uzunmüddətli strategiya sayəsində, bu gün Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi keyfiyyətli və yüksək sürətli mobil İnternet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Bakcell şirkəti Bakı metrosunda 4G internet xidmətlərini göstərən ilk mobil operatordur.

Bakcell şirkəti müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-ə daxildir. Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Banqladeş kimi ölkələri əhatə edir.

İş adamı və xeyriyyəçi Nəsib Həsənov NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun təsisçisi və 100%-lik tam sahibidir. Cənab Həsənov Bakcell şirkətinin yeganə son faydalanan sahibidir.

Azərbaycanın “Ən sürətli mobil internet xidməti” və “Sınaq nəticələrinə görə ən üstün şəbəkə”

“Bakcell”in təmin etdiyi keyfiyyətli mobil İnternet xidmətlərinə beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat Şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə” adına layiq görülüb (“Best in Test”).

İşəgötürənin reytinqi