Bahar Store


ŞIRKƏTIN TARIXI

Şirkətimiz 1993-cü ildə yaradılmışdır. Biz uğurlu fəaliyyətimiz ərzində Bakıda və Azərbaycanda evləri məişət texnikası və elektronika ilə təchiz edən ticarət şəbəkəsinin Music Gallery adlı ən qabaqcıl mağazalarını yarada bilmişik. Bu gün Music Gallery unikal mal çeşidini, yüksək keyfiyyəti, əla servisi və cəlbedici qiymətləri özündə birləşdirir.

2016-cı ildə biz drogeri formatında olan “Bahar Store” ticarət adı altında mağazalar şəbəkəsinin yaradılması barədə qərar qəbul etdik. Format Azərbaycan Respublikasında tamamilə yenidir, lakin Avropada artıq geniş şəkildə tanınır.

MÜŞTƏRILƏR ÜÇÜN

Bizim müasir mağazalarımız öz alıcılarına əlverişli qiymətlərdə ciddi şəkildə seçilmiş, eksklüziv və rəngarəng mal dəstini təklif edir.

“Bahar Store” mağazalarının çeşidində gözəllik, sağlamlıq və ev üçün zəruri mallar təqdim edilmişdir.

Alıcıların seçiminə kosmetika və bədənə qulluq üçün malların, ətriyyat, sağlam həyat tərzi və ailənin rahatlığı üçün məhsulların, məişət kimyasının, analar və körpələr üçün malların, wellness kateqoriyasından olan malların (ətirli yağlar, duz, spa) və dünyanın ən yaxşı brendlərinin çoxlu sayda faydalı məhsullarının geniş çeşidi təqdim edilmişdir.

Bu gün “Bahar Store” Bakıda ətriyyat-kosmetika malların pərakəndə satıcısı, habelə hər kateqoriyada olan məhsulların əvəzsiz çeşidi, ekspert-məsləhətçilərin peşəkar və ədalətli xidməti sayəsində gözəlliyin yaradıcısıdır.

Biz həmişə Sizi mağazalarımızda görməyimizə şadıq!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?