Aztender.az


Aztender.az biznes imkanlarınızı genişləndirir və onları birbaşa sizin masanıza gətirir.

Aztender.az layihəsi Azərbaycan və MDB ölkələrində fəal biznes fəaliyyəti ilə məşğul olan, eləcə də öz biznes fəaliyyətini genişləndirmək istəyən müəssisə və təşkilarlara dəstək üçün yaradılmışdır. Bu Aztender.az layihəsi tərəfindən təqdim edilən geniş çeşidli xidmətlər sayəsində mümkün olacaq.

Qabaqcıl texnologiyalardan və İnternet proqram təminatından yararlanaraq tender elanları toplanılır və sizin biznesinizə uyğun olaraq biznes kateqoriyaları və regionlar üzrə təsnifləşdirilir.

Aztender.az portalına qoşulmaqla siz tender elan etmək, Azərbaycanda həyata keçirilən bütün tenderlər və satınalmalar barədə məlumat almaq, eləcə də təklif etidyimiz digər xidmətlərdən yararlanmaq imkanı əldə edəcəksiniz.

Bu xidmət həmçinin şirkətlərin təchizat şöbələrinin işini yüngülləşdirmək məqsədi daşıyır. Belə ki, şirkətlər istədikləri mal və ya xidməti birbaşa bizim portalımızdan bir neçə şirkətdən təklif alaraq sifariş edə bilərlər.

Müxtəlif tender elanlarının nəzərdən keçirilməsini asanlaşdırmaq üçün layihədə şirkətinizin fəaliyyət sahəsinə uyğun tender elanlar ilə bağlı yeniliklərə yazılmaq imkanı mövcuddur. 

Layihə sürətlə inkişaf edir və bir çox iştirakçılar və müxtəlif tender elanları portalımızda qeydiyyatdan keçir. Bu səbəbdən, Sizin işinizi asanlaşdırmaq məqsədilə gələcəkdə portalımıza Sizə tələb olunacaq yeni xidmətlər əlavə edəcəyik.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?