AZON MMC 2007-ci il 29 Mart tarixindən fəaliyyətə başlayıb.
Əsasən veb saytların hazırlanması, Proqram təminatı və SMS interaktiv işləri ilə bağlı fəaliyyət göstərir.
Hal hazırda cəmiyyətdə 13 nəfər əməkdaş çalışır.
AZON-nun iş prinsipi: "İnsanların bu gün arzuladıqlarını biz sabah onlar üçün yaradarıq".
Bizim işimiz ideyaları işləməyə məcbur etməkdən ibarətdir. Daha doğrusu, başqalarının siqaret çəkərək, və ya çayxanada müzakirə etdikləri ideyaları biz analiz edirik, qavrayırıq - və başqalarının indi düşündüklərini, gələcək üçün planlaşdırdıqlarını hər gün yeni dəyişikliklər edərək, planetimizdə yaşayan bütün insanların zövqlərini, istəklərini nəzərə alaraq həyata keçiririk. Bizim vəzifəmiz, məqsədimiz - çoxlarının arzusunun nə olduğunu və daha çox insana həyatda nəyin çatışmadığını anlamaqdan ibarətdir.
Bizim iş prinsipimiz: "İnsanların bu gün arzuladıqlarını biz sabah onlar üçün yaradarıq". Milyonların arzusunu həyata keçirmək - bu bizim öhdəsindən gəldiyimiz işdir.
Başqalarının arzuları - bizim üçün müvəffəqiyyətli ideyalardır.
Bizim münasib və zərbəyədavamlı biznes konsepsiyasına çevirdiyimiz ideyalar. Əsasında öz sahiblərinə qazanc və sevinc gətirən - bizim biznes layihələri yaratdığımız ideyalar.
Bizim bütün layihələrimiz rəqəmsal aləmdə yaranır, böyüyür və inkişaf edir.
Hazırda ANS –in əhatə dairəsinə daxil olan bütün Şirkətlərdə Azon tərəfindən yaradılan müxtəlif proqramlar və saytlar uğurla fəaillyət göstərir. Şirkət yaratdığı məhsulların texniki təminatını da göstərməklə və yeniliklərə uyğun təkminləşdirməklə də fəaliyyət göstərir.