Azinko Development MMC


2006-cı ildən fəaliyyətə başlayan “AZİNKO HOLDİNQ” MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - “KLASS AZ KO” MTK, “XƏZƏR AZ KO” MTK, “SAHİL AZ KO” MTK, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT” MMC daxildir.
Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin,biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur.
“AZİNKO HOLDİNQ” MMC- nin qısa bir zaman kəsiyində belə böyük uğurlara nail olması onun Azərbaycanın zəngin və qədim memarlıq, şəhərsalma ənənələrinə sadiq qalaraq müasir beynəlxalq tikinti normalarına əməl etməsi, dünyanın ən aparıcı tikinti şirkətlərinin təcrübəsindən bəhrələnməsi, eləcə də yüksək səviyyədə təşkilatlanması, ciddi nizam intizama əsaslanan çevik idarəetmə sisteminə, əsasən mükəmməl təhsil almış, böyük təcrübəyə malik, beynəlxalq standartlarla işləyə bilən, peşəkar və yüksək ixtisaslı mühəndis-texniki işçilərdən ibarət əmək kollektivinə malik olması ilə əlaqədardır.
Şirkətin işçilərinin ümumi sayı 2 min nəfərə yaxındır.
Şirkət Tbilisi prospekti 49 B ünvanında 3 girişli, 21 mərtəbəli, 161mənzilli,
1 bina; A.Abbaszadə küçəsi 17 ünvanında 3 girişli, 19 mərtəbəli, 190 mənzilli,
1 bina; Ə.Əliyev küçəsi 26 ünvanında 19 girişli, 15-21 mərtəbəli, 1222 mənzilli,
10 bina; Ü.Hacıbəyov küçəsi 57 ünvanında 10 girişli, 17-23 mərtəbəli, 464 mənzilli, 3 bina; Ə.Hüseynov küçəsi 7 ünvanında 10 girişli, 19-20 mərtəbəli, 566 mənzilli, 3 bina; H.Zərdabi prospekti 59 ünvanında 4 girişli, 23 mərtəbəli, 268 mənzilli, 2 bina sakinlərin istifadəsinə verilib. Binalarda sakinlər üçün müasir tələblərə cavab verən bütün mühəndis kommunikasiya vasitələri (beynəlxalq standartlara uyğun su və enerji təchizatı, ventilyasiya, yanğından mühafizə, isitmə, soyutma, kabel televiziyası və kanalizasiya sistemləri, “Mitsubishi” markalı yük və sərnişin liftləri və s.) qurulmuşdur.
Neftçilər prospekti, 24 ünvanında 12 mərtəbəli, ümumi sahəsi 11000 m2 olan ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş “DALĞA PLAZA” İş Mərkəzi də istismara verilib. İş mərkəzində qabaqcıl Avstriya texnologiyası və avadanlığı ilə təmin edilmiş enerji təchizatı sistemi, televiziya, telefon və internet xətləri quraşdırılıb. Bilavasitə dəniz sahilinə yaxınlığı və şəhərin mərkəzi prospektlərindən birinin üstündə yerləşməsi, ətrafda olan mövcud və tikilən digər tikililərlə arxitektura baxımından uyğunluq, 11-ci mərtəbəsində ultramüasir restoran, eləcə də daxili dizayn və interyer baxımından yenilik İş Mərkəzini analoji mərkəzlər arasında fərqləndirir və iş adamları üçün daha əlverişli və cəlbedici edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?