Azərtikintiinvest (AzTi)


AZƏRTİKİNTİİNVEST MMC 2009-cu ilin sentyabrında yaradılaraq rəsmi şəkildə qeydiyyata düşmüşdür. Yaradılan gündən şirkət Azərbaycan inşaat bazarına daxil olub. 2009-2015-ci illər ərzində şirkət tikinti, infrastruktur, abadlıq və memarlıq layihələrini icra edərək böyük təcrübədən keçib. Şirkət yaranandan bəri 30 mln. ABŞ dolları məbləğinə qədər layihələr həyata keçirmişdir.

AZƏRTİKİNTİİNVEST MMC-nin profilinə əsasən sənaye və mülki binaların inşaası, mühəndis infrastruktur şəbəkələrin quraşdırılması (su təchizatı və kanalizasiya), boru kəmərlərinin diaqnostikası aiddir. İnşaat sahəsində təcrübə qazanaraq  AZƏRTİKİNTİİNVEST MMC 21 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Alyans müqaviləsi bağlamışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?