Azertexnolayn


Rəylər

  • Qeyri-peşəkar müsahibə Anonymous Employee

    1 il əvvəl

    2 il bundan qabaq Azertexnolayn LLC şirkəti məni ekologiya vakansiyasına dəvət etmişdi. Açığı bir nəfər tanış mənim potensialımı bildiyi üçün məsləhət görmüşdü. Müsahibəyə dəvət aldım . Məni riyazi biliklərlə bağlı imtahan keçməyə yönləndirdilər. Ekoloqa riyaziyyat məsələlərinin nə aidiyyatı var onu da başa düşmədim. Hər nəysə ilk olaraq mütəxəssis birinin imtahan edilməsinə acıqlandım. Bunu özümə təhqir bilsəm də bacarmadı deməsinlər deyə imtahana girdim. İmtahandan keçdim. Müsahibəyə doğru yönləndirildim. Haqla danışacam HR-la bağlı heç bir şikayətim olmadı. Çox mədəni qarşıladılar. Hər şey öz yerində idi. Sadəcə onlara bir irad bildirə bilərəmki mütəxəssis birini imtahan etmirlər. O təcrübəsi olmayan şəxslərə şamil edilməlidir. Müsahibəni SƏTƏM üzrə şöbə rəhbəri həyata keçirirdi. Təbiki mənlə ekologiya üzrə sual cavab etmədi. Çünki özü də əmin idiki SƏTƏM işçilərinin ekologiya sahəsində bildiyi şirkət daxilində yalnız tullantıların idarə edilməsidir. Nəysə biz iş saatı, maaş haqqında söhbət etdik. Məndən gözləntimi soruşdu və mən də normal olaraq dilə gətirdim. Bu onun xoşuna gəlmədi. Özünün o məbləğdən az aldığını bəs bunun alınmayacağını dilə gətirdi. Mən zəhmət olmasa bunu idarə heyyətinə bildirməyini bəlkə də razılaşacaqlarını söylədim. Ama o qısa şəkildə yola verdi. Sözümün canı budurki bəzən bəzi məsələlər HR-dan asılı olmur səni öz şöbəsinə götürəcək şəxs səni özünə potensial təhlükə hesab edir və sənin işə qəbul olmağına maneçilik törədir. Necəki mənə qarşı edildi. Açığı şirkət olaraq həmən şirkətin iş prinsipi və s hər şeyi çox xoşuma gəlirdi , ancaq həmən şəxs çox mərdimazarçılıq etdi. Bunu da demək isdəyirəmki qorxmayın güclü namizəddən əksinə özünüzü inkişaf etdirin...