AzAqro / Synergy Group


“AzAqro” yetişdirdiyi əla qızılgül növləri ilə tanınır. Şəmkirdə yerləşən “AzAqro” MMC Hollandiyadan gətirilmiş qızılgül tinglərinin becərilməsi üzrə ixtisaslaşmışdır. “AzAqro” qızılgülləri bazarda “S-Buket” adı ilə tanınır. Hal-hazırda şirkət 14 növ qızılgül yetişdirir ki, bunlardan 6-sı (“Red Naomi”, “Myrna”, “Peach Avalanche”, “Avalanche”, “Candy Avalanche” və “WoW”) istifadə sahəsinin 90%-ni təşkil edir və şirkətin əsas ticarət potensialıdır.Qalan 10% isə sprey qızılgüllər adlanan xüsusi simpodial budaqlanma tipli qızılgüllərin payına düşür. Bu cür qızılgüllərə “Hot Bubble”, “Be-Bubble”, “White Bubble” və “Alegria” növləri aiddir. 4 qızılgül növü istisna təşkil edir (“Pany Lane”, “Luxor”, “Jumilia” və “Sweet Dolomite”). Bu növlər bizim iqlim şəraitinə və bazar tələblərinə uyğunlaşmaq üçün kiçik bir sahədə əkilərək sınaqdan keçirilir. Bunlardan 10 növ geniş yayılmışdır və 3 növ hələ sınaq mərhələsindədir. Məşhur növlər arasından “Avalanche”, “Candy Avalanche”, “Myrna”, “WoW”, “Fiorenza”, “Peach Avalanche”, “Red Naomi”, “Sweet Dolomiti”, “Jumilia”, “Luxor və “Lenny Lane” qeyd etmək olar.

Becərilmə prosesi mərkəzləşmiş kompüter sistemi vasitəsilə ən son texnologiyalara əsaslanır. Istixana kompleksi bütün standartlara cavab verir və tam istehsal dövrünə uyğun qabaqcıl qurğularla təchiz olunub. Qızılgüllər torpaqsız şəraitdə, xüsusi mineral substratda yetişdirilir. Suvarma, isitmə, ventilyasiya, iqlimə nəzarət, örtükləmə, soyutma və digər proseslər tamamilə avtomatlaşdırılmış formada və kompüter nəzarəti ilə həyata keçirilir. Bizim texniki gücümüz bütün beynəlxalq standartlara cavab verən güllər yetişdirməyə imkan verir. Ümumiyyətlə, kənd təsərrüfatında innovativ metodların tətbiqi nöqteyi-nəzərindən “AzAgro” şirkəti Azərbaycanda flaqman şirkətlərdəndir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?