Avto-Media


Avto-Media Reklam Şirkəti öz fəaliyyətinə 2008-ci ildən başlamışdır. Nəqliyyat vasitələrində reklam yerləşdirilmədə ilk şirkətlərdən biri olmağımız bizi bu işin qabaqcıllarından biri edib. Yarandığı ilk gündən etibarən “Avto-Media” müştərilərə yüksək keyfiyyətli xidmət göstərməsi ilə seçilir. Avto-Media” öz müştərilərinə mütəmmadi olaraq yeni xidmətlər təklif edir. Şirkətimiz hər keçən gün fəaliyyət sahələrini genişləndirir və bu gün biz müştərilərimizə aşağıda göstərilən reklam növlərini təklif edirik: müxtəlif nəqliyyat vasitələrində iç və çöl reklamı, ölkə ərazisindəki avtomobil yollarında bilbordların quraşdırılması və yüksək reytinqli internet səhifələrində veb bannerlərin yerləşdirilməsi. Nəqliyyat vasitələrində reklam ən təsirli reklam növlərindən biri hesab olunur. Biz Sizə avtobusların üzərində, avtobus içi tutacaqlarda, taksi üzərində və taksi içində reklam yerləşdirilməsini təklif edirik. “Auto-Media” Sizin məhsullarınızın reklamını istədiyiniz ərazidə, istədiyiniz marşrutla hərəkət edən nəqliyyat vasitələrində yerləşdirməklə onun hədəf kütləsinə çatdırılmasına asanlıqla nail olur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?