Avropa Lift Sistemləri


AVROPA LİFT SİSTEMLƏRİ şirkəti Azərbaycan lift bazarında 10  ildən artıqdır fəaliyyət göstərir.

Bu müddət ərzində biz peşəkar və etibarlı tərəfdaş adına sahib ola bilmişik.

Şirkətin əsasını qoyanlar əsas etibarı ilə bu sektorda uzunmüddətli iş təcrübəsinə malik, şaquli nəqliyyat sahəsində özlərinin yenilikçi ideyalarının həyata keçirilməsini qarşılarına məqsəd qoyan insanlardır.

Bizim komanda bir neçə il müddətində formalaşmış və hal-hazırda təcrübəli mütəxəssislərdən, enerjili və entuziazmları ilə şirkəti zamanla ayaqlaşmağa imkan verən gənc mütəxəssislər qrupundan ibarətdir.

Lift bazarında olan rəqabət bizi daima işin keyfiyyətli, istehsalatın modernləşdirilməsi və müasir avadanlıqlardan istifadə etmək haqqında düşünməyə vadar edir.

Biz Azərbaycan ərazisində 200-dən artıq lift quraşdırmışıq.

ALS şirkətinin liftləri Bakı, Gəncə, Mingəçevir, Yevlax, Oğuz, Səlyan, Bərdə, Zaqatala, Şəki, Şamaxı  və digər şəhərlərdə müvəffəqiyyətlə quraşdırılmış və istehsala təhvil verilmişdir.

ALS şirkətinin və  lift avadanlıqları istehsal edən məhşur dünya istehsalçıları  "Wittur", "Thyssen Krupp Elevator", "Wöhr" – Almaniya, "Hidral" –İsveç,  "Fupa Lift", "HAS ASANSOR", "Arkel Electronik" – Türkiyə ilə sıx əməkdaşlıq əlaqələri yaranmışdır.

ALS şirkətinin heyyəti yuxarıda adları çəkilən şirkətlərin istehsalat zavodlarında təkmilləşdirmə kurslarını keçmiş və müvafiq sertifikatlar almışlar.

FƏALİYYƏT SAHƏSİ

sərnişin, panoramlı, yük, mətbəxt, xəstəxana, əlil, qaraj və xüsusi təyinatlı liftlərin layihələşdirilməsi və montajı hüquqi müəssisələr və fiziki şəxslər üçün lift və eskalatorlar avadanlıqlarının gətirilməsi liftlər və qaldırıcı qurğular üzrə buraxılış – sazlama görülməsi liftlər üçün ehtiyyat hissələrin satışı, lift və eskalator avadanlıqlarının modernləşdirilməsi, dəyişdirilməsi və təmirı, qaraj qapılarının quraşdırılması avtomobillər üçün xüsusi dayanacaq avadanlıqlarının quraşdırılması müəyyən edilmiş normalara uyğun olaraq lift avadanlıqlarının sifarişçiyə təhvil verilməs liftlərin texniki xidməti.

Şirkətin fəaliyyəti (№ 087817)lisenziyaya uyğun olaraq həyata keçirilir və bütün görülən işlər təhlükəsizlik texnikası normalara ciddi riayət edilməklə yerinə yetirilir.

Yerinə yetirilən işlərin geniş diapazonluğu, yüksək keyfiyyət və sərfəli qiymətlər, çox mərtəbəli yaşayış binalarının, inzibatı binaların, ofislərin, sənaye müəssisələrin, tibb ocaqlarının və başqa obyektlərin tikintisi və istismarı sahəsində çalışan yeni sifarişçilərlə əmakdaşlıq etməyə imkan verir.

Hündür binalarla yanaşı bizim şirkətin məhsulları şəxsi mülkiyyət sahibləri arasında özünə böyük nüfuz qazanmışdır.

Şəxsi evlərdə, kotteclərdə və diplekslərdə bizim tərəfimizdən onlarca lift quraşdırılmışdır.

Şirkətin devizi: KEYFİYYƏT, RAHATLIQ VƏ TƏHLÜKƏSİZLİK

Bizim üstünlüklərimiz:

  • Müasir lift avadanlıqlarının gətirilməsi
  • Montajın və mal gətirilməsinin minimal müddəti
  • Yüksək ixtisaslı heyyət
  • Istismara təhvil verilən obyektlərdə 24 saat ərzində xidmət
  • Hər növ layihələrə peşəkar yanaşma

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?