All Star MMC -


    Allstar - Azərbaycan Respublikası ərazisində peşəkar audio-video, işıq və yayım sistemləri üzrə ixtisaslaşmış və bu biznes üzrə aparıcı şirkətlərdən biridir. Allstar şirkəti 1995-ci ildən bəri davamlı olaraq böyüyərək sürətlə inkişaf etmişdir. Öz fəaliyyəti dövrü ərzində Allstar şirkəti yayım, kino istehsalı, əyləncə və informasiya texnologiyaları sahələrində çoxsaylı layihələr həyata keçirmişdir. Hazırda Allstar şirkəti Azərbaycanda aparıcı şirkətlərdən biridir ki, öz fəaliyyətini layihələrin həlli, sistem inteqrasiyası, icarə, servis, peşəkar audio- video işıq və yayım, səhnə avadanlıqların təchizatı sahəsində həyata keçirir. Allstar şirkəti dünyanın bir çox tanınmış istehsalçı şirkətləri ilə əməkdaşlıq edir və özünü etibarlı partnyor kimi təsdiqləmişdir. Şirkətin çox peşəkar layihələndirmə və quraşdırma komandası, servis mərkəzi, böyük anbar ehtiyyatı, sərgi salonu və satış nöqtələri, habelə icarə biznesi mövcuddur. Mühəndislərimiz layihələrdə müştərilər üçün ən yeni informasiya texnologiyalarını uğurla tətbiq edirlər. Allstar komandasının əsas məqsədi müştərilərimizə optimal qiymətlərlə layihələrin ən yaxşı həllini təqdim etməkdir. Uzun illər ərzində əldə etdiyimiz bilik və təcrübəmizi müştərilərimizin xeyrinə istifadə etməyə hər zaman hazırıq.