ADO-G Group of Companies


"ADO-G" Şirkətlər Qrupu 1998-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatındadır. 

Şirkətin təsisçisi: Musa Süleymanov Səməd oğlu

"ADO-G" Şirkətlər Qrupu öz fəaliyyətinə Azərbaycan Respublikasının neft-qaz sənayesində çalışan bir sıra şirkətlərin neft-mədən avadanlıqları ilə təchizatından başlamışdır. "ADO-G" Şirkətlər Grupu "SOCAR", "BP Exploration", "Halli Burton", "KBR", "Bahar Enerji", "McDermott Caspian Construction", "Nobel Oil", "Gobustan Operating" və başqa neft şirkətlərini neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır.

Hal-hazırda “ADO-G” Şirkətlər Qrupu  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdır. Şirkətlər qrupu fəaliyyət dairəsini daha da genişləndirərək Azərbaycan Respublikasının ən iri şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda “ADO-G” Şirkətlər Qrupu inşaat, istehsalat və quraşdırma, logistika və treydinq, arxitektura və dizayn, kabel yayımı, emal, kənd təsərrüfatı kimi ən müxtəlif sahələrdə fəaliyyət göstərir.  

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?