ACT Azerbaijan


ACT (Analysis & Consulting Team / Analiz və konsultasiya komandası) – Gürcüstan, Azərbaycan və Qazaxıstanda ofisləri olan keçmiş Sovet, eləcə də Şərqi Avropa ölkələrində fəaliyyət göstərən qlobal tədqiqat və konsultasiya şirkətidir.
Biz müştərimizin uzunmüddətli və dayanıqlı inkişafı üçün təcrübə və enerjimizi ötürməyə hazır olan peşəkar heyətik. Şirkətlərə öz qeyri-maddi aktivlərinin hazırlanması və inkişaf etdirilməsi yolu ilə dəyərlərinin artırılmasına kömək edirik.
Mülkiyyət: MMC, 4 tərəfdaş, 100% qadın mülkiyyəti
Ofislər: 3 – Tbilisi (Gürcüstan), Bakı (Azərbaycan), Alma-Ata (Qazaxıstan)
Əhatə etdiyimiz ölkələr: 10
İşçilər: daimi – 70 dən çox, müqavilə əsasında -1000+
Uğurlu Layihələr : 1K+
Dövriyyə 2015-ci ildə : 3 Milyon USD
ACT-nin menecmentində peşəkar və enerjili rəhbərlər təmsil olunur. Onların çoxu tədqiqat və idarəetmədə 15 ildən çox təcrübəyə malikdir. Onlar layihələrin idarə edilməsinə, eləcə də konsultasiya prosesinə fəal şəkildə qatılır, bilik və təcrübələrini müştərinin uğur qazanması üçün tətbiq edir.
Peşəkar komanda ACT-nin ən dəyərli aktividir. Əməkdaşlarımızın çoxu müxtəlif – marketinq, biznes, sosiologiya, psixologiya, və statistika sferasında magistr dərəcəsinə malikdir. Nəzəri əsaslardan savayı, onlar fərqli sahələrdə tədqiqat və konsultasiyada çoxillik davamlı təcrübəyə malikdir.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?