A Agro


A AGRO MMC-nin əsas səhmdarı Xəzər Beynalxalq İnvestisiya Şirkəti QSC-dir. A AGRO MMC tam həcmdə fəaliyyətinə 2010-cu ilin mart ayından başlayıb.

“A AGRO” MMC – geniş torpaq sahələrinə malik olan,kahı növlərinin və tərəvəzlərin becərilməsi,istehsalı,emalı və hazır salatların satışı ilə məşğul olan nəinki Azərbaycanda,həmçinin  bütün Qafqaz regionunda ən iri şirkətlərdən biridir.

İstehsal etdiyimiz bütün məhsullar  qabaqcıl,yüksək texnologiyalı innovativ avropa standartlarına uyğun avadanlıq və dəzgahlar vasitəsilə emal olunur,doğranılır və qablaşdırılır. Mövcud istehsal prosesləri çox pilləli təhlükəsizlik tədbirlərindən ibarətdir ,hansı ki qida məhsullarını risk və təhlükələrdən qoruyaraq,onların tam təhlükəsizliyini təmin edir.Hər bir məhsul bütün sanitar norma və qaydalara çox ciddi sürətdə riayət olunaraq ,milli və beynəlxalq standartlara uyğun olaraq hazırlanır.

Şirkətimiz daima müştərilərimizin sağlamlığının qayğısına qalır və onların məmnunluğuna nail olmaq məqsədilə məhsulların istehsalı zamanı qida təhlükəsizliyi və yüksək keyfiyyət prinsiplərinə sadiqdir.

 

Təşkilatın əsas məqsədi – insanların sağlamlığının qayğısına qalmaq , təbii , ekoloji cəhətdən təmiz və saf , “Rahat Salat“ brendi altında Sağlam qida məhsullarının istehsalında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması , yüksək keyfiyyətli məhsulların istehsalı və istehlakçıya çatdırılması , istehsal etdiyimiz məhsulların pərakəndə satışının təşkili və satış strategiyasının müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi , xalqımıza sevgi ilə hazırlanan yüksək keyfiyyətli məhsulun təqdim olunması və keyfiyyətli xidmətin göstərilməsi hesabına müştərilərin və istehlakçıların tam məmnunluğuna nail olmaq , onların təklif , tələb və şikayətlərini nəzərə alaraq təşkilatımızın təkmilləşməsini və daimi yüksəlişə doğru inkişafını təmin etmək.

Missiyamız – xalqımızın və insanlarımızın sağlamlığının qayğısına qalmaqla bərabər yerli bazarlara yeni məhsul konsepsiyası təqdim edərək istehsal etdiyimiz “Rahat Salat” brendli təbii , ekoloji cəhətdən təmiz və saf , – “Sağlam qida məhsullarını” – xalqımızın istifadəsinə çatdırmaq , sağlam qidalanma ilə yanaşı sağlam bədəndə sağlam ruh prinsipini həyata keçirmək  . Çünki hər bir insanın  tək ürəyinə deyil , həmçinin rahatlığına və birinci növbədə  sağlamlığına doğru aparan yol mədəsindən keçir.

Əsas vəzifə – Meyvə , tərəvəz və kahı növlərindən müxtəlif çeşidlərdən ibarət olan məhsullarının istehsalı sahəsində yerli və beynəlxalq bazar iqtisadiyyatı şəraitində lider olmaq , intensiv şəkildə daxili və xarici satış bazarlarına inteqrasiyanı təmi etmək , hər bir istehlakçının “Sağlam qida məhsullarına” olan tələbatını və ehtiyyaclarını keyfiyyətli məhsulun təklifi yolu ilə ödənilməsini təmin etmək.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?