Yay Təcrübə Proqramı

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 14.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat  komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Proqram haqqında:

Azerfloat QSC məzunlar üçün bu ilki Yay Təcrübə proqramını “Siz Xoş Gələcəksiniz – Heydər Əliyev ili” adı altında həyata keçirir. Mərhələli dəyərləndirmələr (məntiq testi və müsahibə) nəticəsində seçiləcək məzunlar şirkətimizdə aşağıda qeyd olunan şöbələr üzrə təcrübə keçəcəklər. 

Təcrübə keçiriləcək şöbələr / Təhsil Tələbi

  1. Mühasibatlıq şöbəsi - Ali
  2. Maliyyə şöbəsi - Ali
  3. Təchizat şöbəsi - Ali
  4. İnsan Resurları şöbəsi - Ali
  5. Nəzarət ölçü cihazları və Avtomatlaşdırma şöbəsi - Ali
  6. SƏTƏM  şöbəsi - Ali
  7. Planlama şöbəsi - Ali
  8. Keyfiyyətə nəzarət və Laboratoriya şöbəsi - Ali
  9. Sənaye qaz istehsalı şöbəsi - Ali/orta peşə
  10. Elektrik mühəndisliyi şöbəsi - Ali/orta peşə
  11. Mexanika şöbəsi - Ali/orta peşə
  12. İstehsalat şöbəsi - Ali/orta peşə

Təcrübə proqramı iyun ayında start verməklə 3 ay davam edəcək. Bu müddət ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik, bacarıqlara yiyələnəcək və iş həyatına ilk addımlarını atacaqlar. Təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə “Azerfloat” QSC tərəfindən sertifikat və müsbət xasiyyətnamə veriləcək. Texniki bilik və bacarıqları ilə fərqlənən təcrübəçilər işlə təmin olunacaqlar.

Tələblər, bilik və bacarıqlar:

  • Ali və ya orta peşə ixtisasının sonuncu kurs tələbələri;
  • Ali və ya orta peşə ixtisasını bitirən məzunlar;;
  • Ünsiyyət bacarığı;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyət və  punktuallıq;
  • Araşdırma bacarığı

Təminatlar:

  • Əmək haqqı: 316  AZN;
  • Nahar;
  • Servis 20 Yanvar-dan təmin edilir;
  • 08:00-17:00 (Bazar ertəsi – Cümə) 

Əlavə məlumatlar:

  • Təcrübə Proqramının iştirakçıları “Azerfloat” QSC-nin Gənclik ofisində (Bakı ş., Koroğlu Rəhimov 13.) və Azerfloat Sumqayıt Şüşə zavodunda (Sumqayıt Kimya Sənaye Parkı., Kimyaçılar küç., 1, AZ 5002, Sumqayıt, Azerbaijan.) fəaliyyət göstərəcəklər;

Mövzü yerinə təcrübə keçmək istədiyiniz şöbənin adını yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur,  şöbənin adı qeyd olunmadan göndərilən CV-lərə baxılmayacaqdır.