İşin təsviri
Bilməlidir:
- Rus dili və İngilis dili;
- 1C programını bilmək üstünlükdür.
Bacarmalıdır:
- Ünsiyyət bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik;
- Diqqətcil və məsuliyyətli olmaq.
Xüsusi tələb:
- Tərcihən qonaqpərvərlik və ya səyahət sahəsində iş təcrübəsi
- Yaş həddi: 35
Gözlənilən davranışlar:
- Nizam-intizam;
- Gülərüz və mehriban olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Dəyişkən iş qrafik və 1 növbəli işrejiminə uyğunlaşmaq;
- Səliqəli görünüm;
- Yeniliklərə açıq olmaq;
Vəzifə öhdəlikləri:
- Hər zaman bütün qonaqları səmimi şəkildə salamlamaq.
- Növbədə olan qeydiyyatçı-satıcıların işlərinə nəzarət etmək.
- Bütün müvafiq spa işçi heyətinin özlərinin gündəlik qrafikini almasını təmin etmək.
- Vaxtlı vaxtında razılaşdırılmış hesabat sisteminə əməl etmək.
- Qəbul masasında bütün hesab-faktura prosedurları üçün məsuliyyət daşımaq və hər növbənin sonunda və gündəlik işlərin sonunda vəsaitlərin uyğunlaşdırılmasını təmin etmək.
- Hər gün müvafiq sahə üzrə gündəlik açılış prosedurlarını və yoxlama siyahılarını tamamlamasına nəzarət etmək.
- Qonaqların ehtiyaclarının ilk növbədə əhəmiyyətli hesab edilməsini təmin edərək vaxt və rentabellikdən istifadəni artırmaq üçün planlaşdırmanı təşkil etmək.
- Satın alma, qəbul etmə və inventarın hesabatı kimi inzibati vəzifələrdə köməklik göstərmək.
- Qonaqlara ən yaxşı mümkün xidmətləri təmin etmək və onların rahat hiss etməsini təmin etmək.
- Bütün inzibati prosedurların peşəkar şəkildə həyata keçirilməsini təmin etmək.
- Məhsullar və qiymətləri barədə tam məlumatlara malik olmaq.
- Spanın Departamenti daxilində təlim və ixtisasartırma proqramlarında iştirak emtək.
- Rəhbərlik tərəfindən məqsədyönlü hesab edilən digər vəzifələri həyata keçirmək.
- Növbəti növbənin qəbuluna hazırlaşmaq üçün məsuliyyət daşımaq.
- Tərk etməzdən əvvəl bütün mesajların ötürülməsi və ictimai informasiya materiallarının təqdim olunmasını təmin etmək;
İş qrafiki:
- 1 növbəli iş rejimi (Növbəli iş qrafiki)
- Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “SPA Supervisor” qeyd etməklə [email protected] mailinə göndərə bilərlər.