Mühasib (Təcrübəçi)

İşin təsviri

  “Baku Accountants Associates” MMC praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləməyi bacaran şəxslər üçün 3 aylıq, ödənişsiz “Mühasib Təcrübə Proqramı”-nı açıq elan edir. Uğurlu nəticə göstərən əməkdaşlar 3 aylıq təcrübə proqramı bitdikdən sonra rəsmi müqavilə ilə qeydiyyata alınaraq iş ilə təmin ediləcək.

Təcrübə prqoramı əhatə edəcək:

  • 1C proqramında gündəlik əməliyyatların işlənilməsi;
  • Vergi və statistika hesabatlarının hazırlanmasında yaxından iştirak;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Elektron qaimələrin, müqavilələrin, hesab fakturaların, təhvil təslim aktlarının hazırlanması;
  • Yerli və beynəlxalq bank köçürmələrinin icrası;
  • Əmək haqqı, mükafat, ezamiyyə və s. zəruri ödənişlərin olunması və bununla əlaqədar müvafiq sənədləşmələrin aparılması;
  • Debitor və kreditor borcların qalıqlarına nəzarət;
  • Rəhbər şəxslərin tələbinə əsasən digər zəruri işlər;

Tələblər:

  • Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat sahəsində təhsil almış şəxslər müraciət edə bilər;
  • İngilis və ya rus dili biliyinin olması üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Analitik düşüncə və təhlil bacarığı;
  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komanda da işləmə bacarığı;
  • Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
  • Ünsiyyət qurma və səlis danışıq qabilliyyəti;

İş qrafiki:

  • İş qrafiki: Bazar ertəsi – Şənbə;
  • İş saatı: Həftə içi 09:00-18:00; şənbə qısa iş günü;

Vakansiyada qeyd olunan tələblərə cavab verən namizədlərin CV-lərini mövzu sətrində “təcrübəçi mühasib” qeyd edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.