Logistika üzrə mütəxəssis

  • Art Way
  • Elanın qoyulma tarixi: 01.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəh., Marine Plaza.

Öhdəliklər:

  • Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;
  • İdxal-ixrac, tranzit və daxili daşınan yüklər üzrə tarifləri hesablamaq;
  • Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
  • Sifarişlərin Şirkətin daxili proqram təminatına işlənməsi, müştərilərə daşıma kodlarını təqdim etmək.

Tələblər:

  • Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
  • Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
  • Riyazi və coğrafi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
  • Microsoft Office proqram təminatından istifadə qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
  • İş təcrübəsinin olması vacib deyil.

Xahiş olunur CV-lərinizi 31.05.2023-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika üzrə mütəxəssis” qeyd etməklə adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Art Way tərəfindən digər vakansiyalar