İşin təsviri
İş barədə məlumat:
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu sistemində nəzarətdə saxlanılması;
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması
- Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların, ezamiyyətlərin qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
- Üzləşmə aktlarının hazırlanması
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi
- İnternet banking vasitəsilə ödəniş tapşırıqlarının tərtibi (yerli və xarici), invoysların hazırlanması;
- E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
- Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Satınalama tərəfindən sənədlari qəbul etmek, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək
- Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələr hazırlanmaq
- Vergi(ƏDV, Mənfəət, ÖMV və s.), statistika və DSMF hesabatların hazırlanması;
Namizəd üçün tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat hesablaşmaları
- İş təcrübəsi: müvafiq vəzifədə 2 il
- Dil bilikləri: Azərbaycan dili, Rus dili ( İngilis dili arzu olunandır)
- Məsuliyyətli, stressədavamlı
Əmək haqqı bilik və bacarıqlara görə təyin ediləcək.