Tibbi koordinator

İşin təsviri

Tələblər:

  • Tibb sahəsi üzrə ali və ya orta ixtisas təhsilli olmalı; 
  • İş təcrübəsi 1 ilə qədər olması arzu olunandır; 
  • Microsoft Office proqramları ilə işləyə bilməli; 
  • Azərbaycan dili mütləqdir, rus və ingilis dilləri bilməsi üstünlükdür; 
  • Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı; 
  • Telefonda effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı; 
  • Ünsiyyətcil, müştəri yönümlü, məsuliyyətli, nəzakətli və punktual olmalı; 
  • Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı; 
  • Kollektivdə işləmək qabiliyyəti olmalı. 

İş haqqında: 

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək; 
  • Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək; 
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq; 
  • Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq; 

Əmək haqqı: Razılaşma yolu ilə 

İş qrafiki: Növbəlilik 

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini elektron ünvanına ``Tibbi Koordinator `` başlığı ilə göndərə bilərlər. 

Email: [email protected]