Mühasib (Mal-material və xərclərə nəzarət üzrə)

İşin təsviri

İş barədə məlumat:

  • Gündəlik bütün hesab-fakturaların, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların, qaimə-fakturaların qəbul edilməsi, yoxlanılması və müvafiq ödənişlərin hazırlanması və təqdim edilməsi.
  • Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması.
  • Alıcılar və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması.
  • Aylıq sayımlarda iştirak etmək, mal-material uçotunun dəqiq və düzgün aparılması üçün uyğunsuzluqları aşkar edib müvafiq düzəlişləri icra etmək.
  • Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika).
  • Bank köçürmə yolu ilə ödənişlərin edilməsi.
  • Əməliyyatlar ilə bağlı hesabatların hazırlanması və ayın bağlanması prosesində iştirak etmək.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati-təsərrüfat və digər xərclərin, debitor və kreditor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etməlidir.

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq üzrə ali təhsil
  • Ofis proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı
  • Analitik təhlil etmə bacarığı
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
  • Minimum 1 il iş təcrübəsi
  • Daim inkişafa meyilli və işi planlamaq bacarığı
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mailinə, mövzu hissəsində “Mühasib (Mal-material və xərclərə nəzarət üzrə)” qeyd edib göndərməsi xahiş olunur.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi