1C Proqramçı

İşin təsviri

Əsas funksional öhdəliklər:

  • 1C üzrə məlumat bazasının idarə edilməsi:
  1. Məlumat bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.);
  2. Təkmilləşdirmələrin və yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına, və məlumat bazasının etibarlılığı və təhlükəsizlyinə nəzarət.
  • 1C üzrə konfiqurasiyanı icra etmək:
  1. Yeni konfiqurasiyaları yaratmaq, konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə və şirkətin hesabat siyasətinə uyğun olmasını təmin etmək;
  2. 1C sistemində yeni hesabat formalarını və sənədləri yaratmaq və dəyişdirmək;
  3. Mühasibat, əməliyyat və idarəetmə (həmçinin anbar) uçotu üçün qeyri-standart həlləri təmin etmək.
  • 1C üzrə proqramlaşdırmanı icra etmək:
  1. 1C sisteminin biznes proseslərə uyğunlaşdırılması üçün texniki tapşırıqların yaratmaq və həmin; texniki tapşırıq əsasında biznes proseslərin avtomatlaşdırmaq, proqram kodlaşdırmalarını icra etmək;
  2. Praktik istifadədə sistemin biznes proseslelərə və hesabatlığa uyğun olmasını təhlili etmək, və sistem düzgün işləmədikdə kodda dəyişikliklər etmək.
  • 1C ilə inteqrasiyanı (API) icra etmək:
  1. Üçüncü tərəf sistemləri ilə mübadilələrin həyata keçirilməsi.

Tələblər:

  • 1C proqramçısı (konfiqurator) kimi ən azı 3 il iş təcrübəsi;
  • 1C platformalarının mexanizmləri üzrə təcrübə;
  • Mühasibat və idarəetmə uçotunun prinsipləri ilə tanışlıq;
  • Sistemlər arasında inteqrasiya (məlumat mübədiləsinin) təmin edilməsi ilə bağlı təcrübə;
  • «1С Специалист» sertifikatı (arzu olunandır);
  • Rus dili bacarığı (arzu olunandır);
  • Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər;
  • İşə sistemli yanaşma;
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Məsuliyyətli olmaq və iş qrafikinə riayət etmək.

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “1C Proqramçı” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  

Email:  [email protected]

 

İşəgötürənin reytinqi