Mühasib

  • STP-AH MMC
  • Elanın qoyulma tarixi: 26.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
  • Analoji sahədə 1-2 illik iş təcrübəsi;
  • MS Office proqram bilikləri;
  • Logo və ya digər mühasibat proqram bilikləri;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq baxımından yüksək bacarıqlara sahib olmalı;

Hansı işləri görəcəksiniz:

  • E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
  • Təhvil-təslim aktlarının hazırlanması;
  • Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması;
  • Bank ödəniş tapşırıqlarının yazılması;
  • Əmək haqqı kartlarının açılması;
  • Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması;
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi hazırlanması (Vahid bəyannamə);
  • Ödəmə mənbəyində tutulan vergilərin hesablanması, tərtibi və ödənilməsi (ÖMV);
  • Gündəlik online kargüzalığın (gələn məktubaların) izlənməsi
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini təmin etməli və s.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur.

Email: [email protected]