Qida sahəsi üzrə baş mexanik

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 22.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
  • Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
  • Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
  • Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
  • Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
  • Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:

Namizədə tələblər: 

  • Təhsil : Ali
  • İş təcrübəsi : 3 ildən 5 ilə qədər 
  • Yaş : 30 - 45 
  • Cins : Kişi 
  • Sahə üzrə Ali təhsil Qida sektorunda 5 ildən artıq iş təcrübəsi; 
  • Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı; 
  • Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı 
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı Təzyiq altında işləmə bacarığı; 
  • Problemlərə çevik yanaşma Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;

Əmək haqqı: 900-1200 AZN

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Qida sahəsi üzrə baş mexanik” Mövzu bölməsində göstərin.

Email: [email protected]

İşəgötürənin reytinqi