İşin təsviri
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Müəssisənin istehsal fəaliyyəti, maliyyə nəticələri, əmlak və öhdəlikləri haqqında statistika hesabatının hazırlanması;
- Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi və bazaya daxil edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Hesabat sənədlərinin qeydiyyatının aparılması;
- Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;
- Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
Tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil və ya minimum 1 il iş təcrübəsi;
- Xarici dillər/rus dili və ya ingilis dili;
- MS Office proqramları;
- Məsuliyyət və dəqiqlik;
- Yeni biliklərə açıq olması;
- Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik
İş şəraiti:
- İş qrafiki: 09:00- 18:00/ 5 gün
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “kiçik mühasib” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Müsahibəyə dəvət olunan şəxslər ünvanla bağlı aşağıdakı linkdən istifadə edə bilərlər.
https://waze.com/ul/htp5myd3m0