Statistik hesabat və təhlil şöbəsinin uçuş-texniki sənədlərin işlənməsi üzrə mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Statistik məlumatları vaxtında toplamaq, statistik hesabatları düzgün tərtib etmək və müəyyən olunmuş müddətdə aidiyyəti qurumlara təqdim etmək;
  • Cəmiyyətin fəaliyyətinin nəticələrini proqnozlarla və keçmiş illərin müvafiq dövrləri ilə müqayisə etmək;
  • Cəmiyyətin iqtisadi inkişafının uzunmüddətli (perspektiv) və cari proqnozlarının işlənib hazırlanmasında iştirak etmək; 
  • Cəmiyyətin bütün fəaliyyət növləri üzrə tariflərin və yığım dərəcələrinin işlənib hazırlanmasında iştirak etmək;
  • Statistik məlumatlar bazasını formalaşdırmaq və mütəmadi olaraq yenilənmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;

Namizədə olan tələblər:

  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
  • Analoji sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı;
  • Kompüter bilikləri: excel-yaxşı, word-yaxşı, outlook –yaxşı, 1C-yaxşı.

Şəxsi keyfiyyətlər:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • Analitik düşüncə və problemi operativ həll etmə qabiliyyəti;
  • Öz üzərində daima çalışma. 

Üstünlüklər:

  • Rus dili biliyi;

İş rejimi: 

  • Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
  • Qeyd:  Ofis Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. 
  • Nəqliyyat (xidməti avtobus) şirkət tərəfindən təmin olunur.

 

https://www.azal.az/az/company/career

İşəgötürənin reytinqi