Əmək haqqı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək və məşğulluq alt sistemində ştatların yaradılması, işə qəbulu, vəzifə dəyişikliyi və əmək məcəlləsinin müvafiq maddəsi xitam verilməsi
  • Əmək müqavilələrinin və əlavələrinin imzalatdırılması, Əmək haqqı və Kadr uçotu ilə bağlı sənədləşmə işlərinin görülməsi.
  • Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi
  • İşçilərin və ailə üzvlərinin könüllü tibbi sığortanması üzrə müraciətlərin təmin edilməsi
  • İşçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari tibbi sığorta edilməsi
  • Həyat Yığım Sığortası ilə əlaqədar qoşulma müraciətlərinin təsdiq edilməsi və əmək haqqından tutulmalarının icra edilməsi
  • Şirkət əməkdaşlarının iş vaxtının qeydiyyat cədvəllərinə nəzarətin edilməsi
  • Əməkdaşların aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar və bu qəbildən olan digər ödənişlər) mövcud proqram təminatı(SAP) vasitəsi ilə hesablaması, hesablanan məlumatların yoxlanılması və ödənilməsi 
  • Ezamiyyətlər üzrə əmrlərin hazırlanması
  • İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsinin təmin edilməsi
  • DSMF tərəfindən ödənilən xəstəlik vərəqələrinin, qismən ödənişli sosial məzuniyyətlə bağlı müavinətlərin, 2021-ci ilə qədər uşağın anadan olmasına görə müavinətlərin e-gov.az portalına müvafiq qaydada ödənilməsi üçün yüklənməsi və prosesin nəzarətdə saxlanılması
  • Əmək haqqı arayışlarının hazırlanması
  • HİK,YAP üzrə  üzvlük müraciətlərinə əsasən qoşulamaların və ƏH-dan tutulmaların təmin edilməsi
  • Əmək haqqı ilə bağlı məhkəmə qərarlarının icrası (Aliment, Bank)
  • Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin sorğularını dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
  • Şirkət daxili gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması
  • Vahid Bəyannamənin hazırlanması və müvafiq elektron portal üzrə təqdim olunması
  • Dövlət statistika hesabatı üçün məlumatların hazırlanması

Kvalifikasiya Tələbləri:

  • İqtisadiyyat,maliyyə,muhasibat və bu qəbilədən olan ixtisasların bitirilməsi 
  • Sahə üzrə 1-2 il iş təcrübəsi

Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını  yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. 

Email: [email protected]

Son müraciət tarixi: 9 yanvar 2023

 

İşəgötürənin reytinqi