Mağaza direktoru

  • Askona
  • Elanın qoyulma tarixi: 23.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı (qida sektoru istisna olmaqla)
  • Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Yaş: 25-40
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C 
  • Təhsil: Orta ixtisas/Ali təhsil

Vəzifələr:

  • Mağazanın ümumi fəaliyyətini təşkil edir;
  • Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
  • Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir; 
  • Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
  • Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
  • Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
  • İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
  • Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
  • Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
  • Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə  nəzarət edir;
  • Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
  • Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
  • Mal qalıqlarına nəzarət və uçotun aparılması;
  • Assortimentin və satışın analizi;
  • Daxili inventarizasiyanın aparılması;
  • Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
  • Görülən işlərin qeydinin aparılması

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər). Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-2500 manat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza direktoru” qeyd etməklə göndərmələri xahiş olunur.

Email: [email protected]