İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müvafiq şöbələrlə müştərilər arasında əlaqələndirici funksiyasını həyata keçirir
- Rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin edir;
- Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasını təşkil edir;
- Satışdan sonra prossesləri izləyərək müştəriyə olunan xidməti nəzarətdə saxlayır;
- Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqənin qurulmasını təmin edir;
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərini hazırlayır;
- Daxil olan sifarişlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsini təmin edir;
Namizədə dair tələblər:
- Ali təsil;
- Korporativ satış üzrə 1 il iş təcrübəsi;
- Yenilikçi, dinamik və daxili motivasiyası yüksək;
- Azərbaycan (ana dili), Rus və ya İngilis dillərindən ən azı birində sərbəst ünsiyyət bacarığı;
- Kompüter bilikləri (MS Office, Outlook, 1C);
- İşgüzar davranış etikası;
- Satış texnikası və prinsiplərini bilməli.
Maraqlanan namizədlər email ünvanına “Korporativ satış mütəxəssisi” başlığı ilə müraciət edə bilər.
Email: [email protected]