Çilingər

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 08.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş həddi 25-45;
  • Müvafiq sahə üzrə peşə ixtisas təhsili;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir etmək;
  • Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirmək;
  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmaq və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
  • Dəzgahların, mexanizm və qovşaqların, iş avadanlıqlarının təmirini həyata keçirmək;
  • İşçi alətlərinin , köməkçi vasitələrin və s. uçotunu aparmaq və yenilərini sifariş vermək;
  • İstehsalat avadanlıqlarının nizamlanmasında iştirak etmək;
  • İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək;
  • Texnoloji rejim normalarına, texnoloji reqlamentə və istehsalat təlimatlarına ciddi riayət etmək;
  • Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirmək;
  • Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Çilingər” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi