Ofis meneceri

  • Argilla
  • Elanın qoyulma tarixi: 08.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Ofisə(sərgi zalına)yaxınlaşan müştəri və qonaqları qarşılamaq, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
  • Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
  • E-mail və yazışmaları həyata keçirmək, ümumi emailə gələn məktubları cavablandırmaq;
  • Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
  • Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (kargüzarlıq işlərini aparmaq);
  • İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək;
  • Rəhbərin göstərişinə əsasən xarici yazışmaları həyata keçirmək;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək

Tələblər:

  • Cins: Qadın;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis və aydın danışmalı, İngilis dili orta səviyyədə danışıq və yazı qabiliyyətinin olması kifayətdir (Rus dili arzuolunandır);
  • Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook;
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Səliqəli, xoş xarici görünüşlü, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;

İş şəraiti:

  • İş yeri: Bakı, Ağ şəhər, Park Hill Tower, Argilla MMC
  • İş qrafiki: Həftədə 5 gün(rəsmi bayram günləri qeyri iş günü), saat 09:00-18:00
  • Nahar vaxtı saat 13:00 – 14:00
  • Əmək haqqı: 800 - 1000 AZN

Namizədə tələblər:

  • Cins: Qadın
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti , ingilis dili biliyi orta səviyyədə danışıq və yazı qabiliyyəti (Rus biliyi üstünlükdür)
  • Mühasibatlıq üzrə baza məlumatlara malik olmaq.
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq
  • Xoş görünüşlü və ünsiyyətcil
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı
  • Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
  • Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir)
  • Müvafiq sahədə iş təcrübəsi.

Email: [email protected]

Uyğun namizədlər üçün birinci ay ödənişli sınaq müddəti kimi qeyd ediləcək.

Namizədlərdən şəkilli CV formalarını mail ünvanına mövzu hissədə mütləq vəzifənin adı “Ofis meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Uyğun namizədlər, şəkilli CV-lərini qeyd olunan ünvana göndərə bilərlər