Receptionist

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Agentliyə gələn qonaqların girişdə/reception-da yüksək səviyyədə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi (xüsusi hallarda təyin olunan yerə qədər müşayiət edilməsi);
  • zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanması;
  • Agentliyin elektron poçt ünvanına daxil olmuş müraciətlərin çeşidlənməsi;
  • sənədlərin göndərilməsi və göndəriş reyestlərinin hazırlanması;
  • Agentliyə daxil olan  telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;
  • Müştəri məmnuniyyətinin ölçülməsi üçün zənglərin edilməsi;
  • Respublikanın regionlarına, xarici ölkələrə, mobil nömrələrə edilən zənglərin birləşdirilməsinin təmin edilməsi və həmin zənglərin qeydiyyata alınması;
  • Vətəndaşların qəbula yazılması və qəbulun təşkilində iştirak edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi;
  • Korporativ ünsiyyət qabiliyyəti;
  • Problemləri həll etmək, analitik düşünmə bacarığı;
  • Dinamik və yeniliklərə açıq;
  • Məsuliyyətli və intizamlı,
  • Operativlik və gərgin iş rejimində işləmə bacarığı;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);
  • MS Office (Word, Excel, Outlook, PowerPoint), elektron sənəd dövriyyəsi proqramlarında sərbəst işləmək bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 27.11.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email: [email protected]