Mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 20.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-taxes.gov.az, E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
  • Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəniş tapşırıqları və Təhvil-Təslim Aktlarının tərtib olunması;
  • Ödəniş tapşırıqlarının hazırlanması
  •  Lizinq və kredit ödənişlərinin sistemə işlənilməsi
  • Gündəlik mühasibat yazılışlarının verilməsi
  • Anbar fəaliyyətini müəssisənin uçot siyasətinə müvafiq olaraq formalaşdırmaq və daimi nəzarətdə saxlamaq, 
  • Anbara mədaxil və məxaric əməliyyatlarının uçot proqramında aparılmasını təmin etmək və nəzarətdə saxlamaq,
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
  • Təhsil:Ali (mühasibat uçotunu bitirənlərə və (və ya) beynəlxalq sertifikasiya imtahanlarında uğur qazananlara üstünlük verilir)
  • Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi
  • Məsuliyyətli və dəqiq olmaq
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
  • MS Office proqramları (xüsusiylə excel), uçot proqramları SAP, 1C,
  • Əla səviyyədə Azərbaycan dili,
  • Ünsiyyət və yazışma səviyyəsində İngilis dili,
  • Riyazi hesablama bacarıqları,
  • Analitik təhlil etmə qabiliyyəti.
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı.

Şəxsi keyfiyyətlər:

  • Detallara qarşı diqqətcillik;
  • Kollektivdə işləmə və ünsiyyət qurma bacarığı.

Əmək haqqı: 1000-1500 AZN Net.

Email: [email protected]  

Company tərəfindən digər vakansiyalar