Mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 21.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
  • Bank və kassa əməliyyatlarının icrası;
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
  • Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.

Namizədə tələblər:

  • Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
  • Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
  • AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
  • Milli mühasibat uçotu standartlarını bilmək;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

Əmək haqqı rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 1-3 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə)

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 09.10.2022

Email: [email protected]  

İşəgötürənin reytinqi